07 
Mar
2025
16:07
486

Gürcüstanda qarşıdakı günlərdə isti və yağmursuz hava gözlənilir

Yaxın günlərdə ölkə ərazisində isti və yağıntısız hava şəraiti hökm sürəcək.

InterPress.ge xəbər verir ki, bu barədə  Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tbilisidə də açıq hava şəraiti gözlənilir, havanın temperaturu gündüz +17-19 dərəcə isti təşkil edəcək.

"Sahil bölgələrində (Batumi, Kobuleti, Anaklia, Poti): Yağıntı olmayacaq. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) isti və quru hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Havanın isti və quraq keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +12, +17 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Yağıntı olmayacaq. Havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): İsti və quru hava gözlənilir. Havanın temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): İsti və quraq hava gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Yağıntı olmayacaq. Havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Yağıntı olmayacaq. Havanın temperaturu gündüz +7, +12 dərəcə təşkil edəcək”, - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın