
Polşa Gürcüstan vətəndaşlarını deportasiya etməyə başladı
“Deportasiyalar başladı, biz gürcü cinayətkar qruplarını sözlə deyil, əməllə ləğv edirik.”
InterPress.ge xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial şəbəkə X hesabında paylaşım edərək bildirib
Baş nazir paylaşımına Polşa sərhəd polisinin qeyri-leqal gürcü miqrantları müşayiət edərək təyyarəyə mindirməsini əks etdirən videonu da əlavə edib.
Polşanın rəsmi qurumları bildiriblər ki, martın 5-də ölkədən 17 Gürcüstan vətəndaşı deportasiya edilib.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Yatsek Dobjinski məsələyə münasibət bildirərək qeyd edib ki, Polşa tolerant ölkədir, lakin cinayətkarlığa göz yummayacaq.
“Biz cinayətkarları qəbul etmirik və onlar deportasiya ediləcək… Bu, istər xırda oğurluq, istər narkotik ticarəti, istərsə də mütəşəkkil cinayətkarlıq olsun”, – deyə Dobjinski vurğulayıb.
Rəsmi məlumata görə, deportasiya olunanlar 24-58 yaş arası kişilərdir və onların Polşanın müxtəlif şəhərlərindən məhkəmə qərarı əsasında çıxarılması həyata keçirilib.