Tbilisi Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri çərçivəsində sərnişinlərin binanı tərk etməsi tələb olunub.
InterPress.ge xəbər verir ki, hava limanında olan sərnişinlərə səsli bildiriş vasitəsilə təxliyə elan edilib. Əməkdaşlar sərnişinləri binadan çıxarıb və təhlükəsiz əraziyə yönləndiriblər.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məsələ ilə bağlı "Tbilisi Beynəlxalq Hava Limanında təhlükəsizlik protokoluna uyğun tədbirlərin həyata keçirildiyini" bildirib. Təhlükəsizlik tədbirlərinin səbəbi və vəziyyətin təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.
