Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kobuletinin kənd sakinləri kömək istəyir: “Nə su var, nə də işıq”

356
Kobuletinin kənd sakinləri kömək istəyir: “Nə su var, nə də işıq”
Dinləmək üçün basın

Kobuleti bələdiyyəsinin kənd sakinləri təcili kömək tələb edirlər.

Kobuleti bələdiyyəsinin kənd sakinləri təcili kömək tələb edirlər.

InterPress.ge xəbər verir ki, onların sözlərinə görə, kəndlərə gedən yollar hələ də təmizlənməyib, bu isə onların xəstəxanaya və digər vacib obyektlərə getməsinə mane olur.

Sakinlər yerli hakimiyyətə müraciət edərək, problemin tezliklə həll olunmasını istəyirlər.

“Çaxvi kəndlərindən birində nə suyumuz var, nə də işıq. Yollar isə tamamilə bağlıdır. Doqquz aylıq hamiləyəm, nə vaxt nə baş verəcəyini bilmirəm. Heç kim yolu təmizləməyi düşünmür. Atam bir neçə dəfə icra nümayəndəsinə zəng edib, amma nəticə yoxdur”, - deyə sakin Xatiya Davitadze bildirir.

Öz növbəsində, Kobuleti meriyası rəsmi sosial media səhifəsində paylaşdığı açıqlamada, bütün müvafiq qurumların aktiv işlədiyini və güclü qarın yaratdığı problemlərin tezliklə aradan qaldırılacağını bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →