21 
Fev
2025
10:56
874

Ötən il neçə sürücülük vəsiqəsinin balı tamamilə bitib? - STATİSTİKA

Gürcüstanda ümumilikdə 1 659 840 sürücülük vəsiqəsi verilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata əsasən, ötən il 28 733 nəfər sürücülük vəsiqəsi alıb.

Nazirliyin statistikasına görə, 2024-cü ildə ümumilikdə 274 875 sürücünün balı azaldılıb, 186 nəfərin isə bütün balları tükənib.

Bildirilir ki, sürücülük vəsiqəsinin ballarının tükəndiyi hallar ən çox Tbilisidə qeydə alınıb. Ümumi halların 42%-i paytaxtda baş verib.

DİN-in açıqladığı statistikaya əsasən, bölgələr üzrə sürücülük vəsiqəsinin balları tamamilə tükənmiş şəxslərin sayı belədir:

🔹️Tbilisi – 78

🔹️Kvemo Kartli – 41

🔹️Sameqrelo-Zemo Svaneti – 14

🔹️İmereti – 12

🔹️Kaxeti – 8

🔹️Acarıstan – 6

🔹️Şida Kartli – 4

🔹️Mtsxeta-Mtianeti – 3

🔹️Quriya – 2

🔹️Samtsxe-Cavaxeti – 2

🔹️Abxaziya – 2

🔹️Digər bölgələr – 14

Statistikaya əsasən, Gürcüstanda sürücülük qaydalarına nəzarət daha da sərtləşdirilib və qaydaları pozan sürücülər bal sisteminə uyğun cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər