InterPress.ge xəbər verir ki, hadisə Suxişvili küçəsində qeydə alınıb.
Məlumata görə, avtomobil piyadanı vurub. Zərərçəkmiş qadın dərhal Gori Hərbi Hospitalına çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü qəza yerindən qaçıb.
Yaralının yaxınlarının verdiyi məlumata görə, qadının səhhəti ağırdır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci bəndi ilə aparılır.
