InterPress.ge xəbər verir ki, Kaşveti kilsəsinin önündə toplaşan etirazçılar nəqliyyat yolunu bağlayıblar.
Bundan əvvəl İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin qarşısından başlayan yürüş iştirakçıları aksiyaya qoşulmuşdu. Həmçinin, İctimai Yayım Şirkətinin qarşısında toplaşan etirazçılar səssiz yürüşlə Rustaveli prospektinə daxil oldular.
Rustaveli prospektində etirazçılar artıq 81 gündür iki əsas tələblə toplaşırlar:
🔹 Yeni seçkilərin təyin edilməsi
🔹 Etiraz aksiyaları zamanı həbs olunanların azadlığa buraxılması
Aksiya iştirakçıları bildirirlər ki, tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklər.
