05 
Fev
2025
00:55
156

Artıq 24 gündür aclıq aksiyası keçirən jurnalist xəstəxanaya aparılıb

"Batumelebi" və "Netgazeti"nin təsisçisi Mzia Amaglobeli tibbi müayinələr üçün klinikaya köçürülüb.

InterPress.ge  xəbər verir ki, bu barədə məlumatı "Gənc Hüquqşünaslar Assosiasiyası" yayıb.

Qurumun açıqlamasına görə, qanunsuz həbsdə saxlanılan Amaglobeli lazımi tibbi müayinələr üçün xəstəxanaya aparılıb. Hazırda onun klinikada nə qədər qalacağı məlum deyil.

"Vivamedi" klinikasının direktoru Zurab Çxaidze bildirib ki, laborator müayinələrin nəticələrində aşkar edilən dəyişikliklərə görə Mzia Amaglobeli xəstəxanada müalicəsini davam etdirəcək.

"Patsiyent Amaglobeli klinikaya daxil oldu və müvafiq laborator və instrumental müayinələrdən keçdi. Nəticələr təhlil edildikdən sonra ona stasionar müalicə təklif olundu və o, razılaşdı. Hazırda xəstəxanada müalicəsini davam etdirir. Aclıq aksiyasını isə hələ də davam etdirir", – deyə Çxaidze açıqlamasında bildirib.

Qeyd edək ki, polisə hücum ittihamı ilə həbs edilən "Batumelebi" və "Netgazeti"nin təsisçisi və direktoru Mzia Amaglobeli həbsxanada artıq 24 gündür aclıq aksiyasını davam etdirir.

Ona qarşı irəli sürülən ittiham 4 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın