Fevralın 2-də Tbilisidə, "Tbilisi Mall" yaxınlığında keçirilən etiraz aksiyası zamanı inzibati qaydada saxlanılan şəxslərin bir hissəsinə məhkəmə tərəfindən cərimə tətbiq edilib.
InterPress.ge məlumat verir ki, məhkəmənin qərarına əsasən aşağıdakı şəxslər cərimələnib:
- Badrı Qriqalaşvili – 2400 lari
- Mamuka Diasamidze – 2000 lari
- Luka Tetriadze – 2500 lari
- Serqi Giqani – 2500 lari
- Luka Sarışvili – 2400 lari
- David Beritaşvili – 2200 lari
- İrakli Geşağurze – 2300 lari
- Sandro Çapidze – 2300 lari
Digər saxlanılanlardan Konstantine Koberidze günahsız hesab edilərək məhkəmə zalından azad edilib. David Kakaşvili isə yalnız sözlü xəbərdarlıq alıb.
Mamia Komaxianın məhkəmə prosesi fevralın 12-nə qədər təxirə salınıb, o, məhkəmə zalından azad edilib. Milli Bankın keçmiş prezidenti Giorgi Kadaxidzenin işi üzrə növbəti məhkəmə iclası isə fevralın 7-də keçiriləcək.
