03 
Fev
2025
20:17
459

Bu cəza qanunları sərtləşdirilir

Gürcüstan parlamenti mitinqlər və nümayişlərlə yanaşı, inzibati və cinayət məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini sürətləndirilmiş qaydada müzakirə edəcək və qəbul edəcək.

InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu" partiyası tərəfindən irəli sürülən qanun layihəsi səkkiz qanunda dəyişiklik nəzərdə tutur və artıq parlamentdə təşəbbüs kimi qeydiyyata alınıb.

Layihə ilkin olaraq komitələrdə müzakirə olunacaq, daha sonra isə plenar iclasa çıxarılacaq.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarları aşağıdakı deputatlardır: Arçil Gorduladze, Tornike Çeişvili, David Matikaşvili, Tengiz Şarmanaşvili, Quram Maçaraşvili, Aleksandre Tabatadze və Rati Yonatamişvili.

Yeni qanunvericilik dəyişikliklərinə əsasən:

  • Mülkiyyət sahibinin əvvəlcədən razılığı olmadan qapalı məkanlarda və binalarda etiraz aksiyalarının keçirilməsi qadağan ediləcək.
  • Xırda xuliqanlıq, vandalizm, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmamaq, onları təhqir etmək, məhkəmə binalarının girişini bağlamaq və digər oxşar inzibati qayda pozuntularına görə cərimələr artırılacaq.
  • İnzibati həbsin müddəti 60 günə qədər uzadılacaq.
  • Dövlət rəsmilərini və ictimai qulluqçuları fəaliyyətləri ilə əlaqədar təhqir etmək inzibati qayda pozuntusu hesab ediləcək.
  • Zorakı hərəkətlərə açıq çağırış etmək 3 ilə qədər həbs cəzası ilə cəzalandırılacaq.
  • Polisə qarşı müqavimət, hədə-qorxu və zorakılıq hallarında cəza müddəti 5 ildən 6 ilə qədər artırılacaq.
  • Hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hakimiyyət nümayəndələrinə və onların ailə üzvlərinə qarşı qrup şəklində və ya təkrar törədilən hücumlar, eləcə də təhlükəli vasitələrlə edilən hücumlar daha sərt cəza ilə üzləşəcək.
  • Polis əməkdaşlarına qarşı zorakılıq və ya onların sağlamlığına qəsd daha ağır cəza ilə cəzalandırılacaq.
  • Dövlət vəzifəlilərinə, ictimai qulluqçulara qarşı hücum və ya zorakılıqla hədələmə cinayət məsuliyyətinə səbəb olacaq.

Qeyd edək ki, qanun layihəsi Gürcüstanda etiraz aksiyalarının artdığı bir dövrdə irəli sürülüb və ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər