
Liloda baş verən yanğınla bağlı açıqlama verildi - SON VƏZİYYƏT
"Lilo bazarında baş vermiş yanğın tamamilə söndürülüb. Hazırda tüstülənən bəzi ocaqların emalı işləri aparılır".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yanğınsöndürmə-Xilasetmə Qüvvələri Baş İdarəsinin rəhbəri Levan Muselian bildirib.
Onun sözlərinə görə, hadisə zamanı xəsarət alanlarla bağlı məlumat daxil olmayıb. Yanğın nəticəsində bazarın müəyyən hissəsi zərər görüb.
“Bildiyiniz kimi, bu, bazar ərazisidir və burada çoxlu yanar material var idi. Bu da yanğının söndürülməsini vaxt baxımından çətinləşdirdi. Yanğının söndürülməsi prosesi normal şəkildə aparıldı. Yanğınsöndürən-xilasedicilər yanğını tamamilə söndürüb və hazırda tüstülənən ocaqların emalı aparılır.
Hadisə ilə bağlı məlumat 112-yə daxil olan kimi yanğınsöndürənlər operativ reaksiya göstərərək yanğını söndürməyə başladılar. Ərazidə 22 yanğınsöndürmə maşını və 120-dən çox yanğınsöndürən-xilasedici cəlb olunub.
Yanğının genişlənməsi təhlükəsi var idi, çünki bazar ərazisi çox genişdir və yanğın digər ərazilərə də keçə bilərdi. Lakin yanğınsöndürənlərin operativ reaksiyası nəticəsində yanğın lokallaşdırılıb və tamamilə söndürülüb.
Hazırda yanğının tamamilə söndürülməsi üzrə işlər davam edir. Tüstülənən ocaqlar var və yanğınsöndürənlər bu ərazilərdə işləyirlər,” - deyə Levan Muselian bildirib.