28 
Yan
2025
22:15
248

Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb

Rustaveli prospektində 62 gündür fasiləsiz davam edən etiraz aksiyası yenidən başlayıb.

InterPress.ge xəbər verir ki,  aksiya iştirakçıları ölkədə təkrar seçkilərin keçirilməsini və etiraz zamanı saxlanılan şəxslərin azad edilməsini tələb edirlər.

Hazırda Rustaveli prospekti bağlanıb.

Bundan əlavə, “Göy Qalereya”nın qarşısında rəssamlar da eyni tələblərlə aksiya keçirirlər.

Etiraz aksiyaları yalnız Tbilisidə deyil, həmçinin regionlarda da davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər