InterPress.ge xəbər verir ki, bugünkü aksiyaya "Yeni Teatr" qarşısında toplaşan vətəndaşlar yürüşlə qoşulublar.
Hazırda Rustaveli prospektində avtomobil hərəkəti məhdudlaşdırılıb.
Parlament binası qarşısında vətəndaşlar artıq 57-ci gündür ki, toplaşırlar. Onların sözlərinə görə, etiraz aksiyası yeni seçkilər təyin olunmayana və aksiyalar zamanı saxlanılan şəxslər azadlığa buraxılmayana qədər davam edəcək.
