23 
Yan
2025
20:35
286

Tbilisidə minlərlə insanın qoşulduğu yürüş keçirilir- FOTO

"Yeni Teatr" qarşısında keçirilən aktyorlar və rejissorların etiraz manifesti başa çatıb.

InterPress.ge xəbər verir ki, vətəndaşlar yürüşlə Rustaveli prospektinə doğru irəliləyirlər.

"Yeni Teatr" qarşısında toplaşan vətəndaşlar Parlament qarşısındakı aksiya iştirakçılarına qoşulacaqlar.

Yürüş iştirakçıları "Oliqarxiyaya od vur!", "Gürcüstan, Gürcüstan!" şüarlarını səsləndirirlər.

Aktyorlar və rejissorlar bugünkü etiraz manifestində bildiriblər ki, "Yeni Teatr" bölgələrə səfər edəcək və hər kəsə səsini çatdıracaq.

"Yeni Teatr" bölgələrə yola düşür. Səsimizi hər kəsə çatdıracağıq. Teatrın nəyə qadir olduğunu görəcəksiniz. Eyni anda bölgələrdə fəaliyyət göstərəcəyik. Gürcü teatrını izləyin," – deyə manifest zamanı "Yeni Teatr"ın bədii rəhbəri David Doiaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər