InterPress.ge-nin məlumatına görə, "Hyundai" markalı avtomobilin sürücüsü, ehtimal ki, idarəetməni itirərək yük maşınına arxadan çırpılıb. Yük maşını isə qarşısında gedən "Opel" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Təcili tibbi yardım briqadaları yaralıları "Rustavi Klinikasına" çatdırıb.
Klinikadan bildirib ki, xəstələrdə çoxsaylı sınıqlar qeydə alınıb, lakin onların xəsarətləri həyat üçün təhlükəli deyil.
Yol-nəqliyyat hadisəsi baş verən ərazidə patrul polisi və xilasetmə xidməti səfərbər olub.

Şəkil: inforrustavi
