15 
Yan
2025
00:02
296

Rusiya gedən yolda bu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Qar və aşağı temperatur səbəbindən beynəlxalq əhəmiyyətli Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun Qudauri (Posta)–Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.

Məlumatdq qeyd olunur ki, digər nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Qudauri (Posta)–Kobi və Stepantsminda–Lars hissələrində nəqliyyat vasitələrinin hərəkəti dayanma olmadan davam etdiriləcək. Qudauri (Posta)–Kobi hissəsində nəqliyyat yalnız birinci, dördüncü və beşinci qar uçqunundan qoruyucu tunellərin alternativ yolları ilə hərəkət edə bilər, digər tunellərin alternativ yollarında isə hərəkət qadağandır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər