Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Papuaşvili: Bəzi alman deputatlar məmnuniyyətlə digər ölkələrin daxili işlərinə qarışır və dezinformasiya yayırlar

285
Papuaşvili: Bəzi alman deputatlar məmnuniyyətlə digər ölkələrin daxili işlərinə qarışır və dezinformasiya yayırlar
Dinləmək üçün basın

Almaniyalı bəzi deputatlar xarici müdaxilədən şikayət etməklə yanaşı, məmnuniyyətlə digər ölkələrin daxili işlərinə qarışır və dezinformasiya yayır.

Almaniyalı bəzi deputatlar xarici müdaxilədən şikayət etməklə yanaşı, məmnuniyyətlə digər ölkələrin daxili işlərinə qarışır və dezinformasiya yayır.

InterPress.ge xəbər verir ki, bu fikir ölkənin parlament sədri Şalva Papuaşvilinin "X"dəki paylaşımında qeyd edilib.

O, paylaşımında Almaniya Bundestaqının nümayəndələrinin Gürcüstanda baş verən hadisələrlə bağlı bəyanatına cavab verib.

“Avropada xarici müdaxilə və dezinformasiya ilə bağlı qızğın müzakirələr fonunda Almaniyanın aparıcı partiyalarının bəzi nümayəndələri anlamırlar ki, özləri başqa ölkələrin işinə qarışır və dezinformasiya yayırlar", - parlament sədri vurğulayıb.

O qeyd edib ki, Gürcüstanın parlament seçkiləri ilə bağlı onların yayımladığı bəyanat açıq-aşkar yalanlarla doludur:

"Birincisi, həmin bəyanatda iddia edilənin əksinə olaraq, ATƏT/DTİHB-nin (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu) nümayəndə heyəti seçkilərdən bir ay əvvəl Gürcüstana gəlib və onların fəaliyyəti üçün bütün şərait yaradılıb. İkincisi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze heç vaxt deməyib ki, 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük danışıqlarını istisna edir. O, sadəcə, bildirib ki, Gürcüstan hökuməti bu məsələni özü gündəmə gətirməyəcək və eyni zamanda, Aİ-ni vaxtında bu danışıqlara başlamağa çağırıb. "İstisna edir" fikri isə bəyanatın müəlliflərinin fantaziyasının məhsuludur.

Bu açıq yalanlar Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Rotun təkcə Gürcüstanın işlərinə müdaxiləsi ilə deyil, həm də radikal müxalifətin seçkiqabağı kampaniyasında birbaşa iştirakı ilə bağlıdır".

Qeyd edək ki, sözügedən bəyanatda vurğulanıb ki, Gürcüstan seçkilərdə ATƏT-in uzunmüddətli müşahidəçilərinə iştirak etməyə icazə verməyib.

Lakin ölkənin parlament seçkilərində ATƏT-in missiyasına uzunmüddətli müşahidəçilər daxil olub. Bu barədə ATƏT-in 2024-cü il sentyabrın 12-də yaydığı mətbuat açıqlamasında da qeyd edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →