Gürcüstan çörək qiymətinə görə neçənci sıradadır?
Gürcüstan çörəyin həm bahalığı, həm də ucuzluğu baxımından qonşu ölkələr arasında üçüncü yeri tutur.
InterPress.ge Numbeo-ya istinadən xəbər verir ki, çörəyin orta qiyməti Türkiyə və Ermənistanda daha yüksək, Rusiya və Azərbaycanda isə daha aşağıdır.
Dəqiq desək, bu günkü məlumatlara əsasən, Gürcüstanda 500 qramlıq ağ çörəyin orta qiyməti 59 sentdir. Bununla ölkə, qiymətin bahalığına görə, 96 ölkə arasında 81-ci yeri tutur.
Qonşu ölkələrdə çörəyin qiyməti belədir:
Türkiyə – 96 sent (64-cü yer)
Ermənistan – 77 sent (73-cü yer)
Rusiya – 48 sent (89-cu yer)
Azərbaycan – 44 sent (93-cü yer)
Numbeo-nun məlumatına görə, 96 ölkə arasında çörək ən bahalı ABŞ-da satılır (3.61 ABŞ dolları), ikinci yerdə İsveçrədir (3.56 ABŞ dolları), üçüncü yerdə isə Kosta Rika (3.10 ABŞ dolları).
Ən ucuz çörək isə Əlcəzairdə (14 sent), Tunisdə (16 sent) və Liviyada (31 sent) satılır.
Qeyd edək ki, Gürcüstanda çörək istehsalçıları un idxalı vergisinin azaldılmasını tələb edirlər. Gürcüstan Çörək Sənayesi İttifaqının sədri Malxaz Dolidze bpn.ge-yə müsahibəsində bildirib ki, unun qiyməti xüsusilə seçkilərdən sonra artıb. Bunun çörək qiymətinə təsir etməməsi üçün Rusiya ununun idxal vergisinin azaldılması vacibdir.