17 
Sen
2020
13:23
2452

"Sadaxlı"  və "Qırmızı Körpü" gömrük keçid məntəqələrində saxlanılanlar var

"Sadaxlı" və "Qırmızı Körpü" gömrük keçid məntəqələrində, bəyan olunmamış dərman, siqaret və müxtəlif adlarda malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə daxil edilməsinə dair cəhdlərin qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlir Xidmətindən məlumata verilib.

Onların bildirdiklərinə görə, Maliyyə Nazirliyinin Gəlir Xidmətinin gömrük əməkdaşları şübhəli Gürcüstan və Ermənistan vətəndaşlarının idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirərək 34 ədəd bəyan olunmamış dərman, ümumilikdə 24600 ədəd aksiz siqaret və 1163 kiloqram bəyan olunmamış mal aşkar ediblər.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə əsasən, Ermənistan vətəndaşından mallardan (bəyan edilməmiş 1000 ədəd siqaret) götürülüb və ona sanksiya olaraq 1000 lari məbləğində cərimə yazılıb", - deyə Maliyyə Nazirliyinin Gəlir Xidmətindən bildirilir.

Bizimlə əlaqə saxlayın