07 
Yan
2025
23:06
172

Marneulidə "Alilo" yürüşü keçirilib - FOTO

Milad bayramı ilə əlaqədar Marneulidə, Davit Ağmaşenebeli adına Kafedral Məbədindən başlayaraq Meriya binasına qədər ənənəvi təntənəli "Alilo" yürüşü keçirilib.

InterPress.ge xəbər verir ki, yürüş iştirakçıları Milad dualarının sədaları altında şəhərin mərkəzi küçələrindən keçərək hədiyyələr toplayıblar.

Marneuli bələdiyyəsinin təşəbbüsü ilə yürüş iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub. Toplanan hədiyyələr daha sonra sosial cəhətdən həssas ailələrə paylanacaq.

Yürüşdə mərkəzi və yerli hakimiyyət nümayəndələri, bələdiyyə əməkdaşları, din xadimləri, kilsə nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Qeyd edək ki, Gürcüstanda "Alilo" ənənəsinin tarixi V-VI əsrlərə dayanır və 2000-ci ildən Gürcüstanın Katolikos-Patriarxının xeyir-duası ilə yenidən bərpa olunub. Marneulidə isə "Alilo" yürüşü 2013-cü ildən Marneuli və Hucabinin yepiskopu Qiorqi Camdelianinin xeyir-duası ilə təşkil olunur.

Bizimlə əlaqə saxlayın