InterPress.ge xəbər verir ki, Rustaveli prospektində aksiya iştirakçıları avtomobil yolunu bağlayıblar.
Belə ki, davam edən etirazın 41-ci günündə vətəndaşlar qanunverici orqanın qarşısında yenidən toplaşıblar. Onların əsas tələbi dəyişməz olaraq qalır: yeni seçkilərin keçirilməsi və etiraz aksiyaları zamanı saxlanılan şəxslərin azadlığa buraxılması.
Xatırladaq ki, vətəndaşlar baş nazirin 28 noyabr tarixli açıqlamasına etiraz edirlər. Həmin açıqlamada hökumətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlanması məsələsini gündəmə gətirməyəcəyi bildirilmişdi.
