07 
Yan
2025
11:50
375

Braziliya "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qara qutularının məlumatlarını Qazaxıstana göndərib

Braziliya Hərbi Hava Qüvvələrinin müstəntiqləri dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin iki qara qutusundan məlumatları çıxararaq Qazaxıstan hakimiyyətinə təhvil veriblər.

InterPress.ge nin məlumatına görə, bu barədə "Deutsche Welle" Braziliya Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir.

"Bütün məlumatlar beynəlxalq protokollara uyğun olaraq Qazaxıstanın istintaq orqanına təhvil verilib", - Braziliya Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Xatırladaq ki, Qazaxıstan Aktau şəhərində qəzaya uğrayan Embraer 190 sərnişin təyyarəsinin qara qutularını Braziliyaya göndərib. Qara qutuların dekodlanmasında iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan mütəxəssislər Braziliyaya gediblər.

Təyyarə dekabrın 25-də qəzaya uğrayıb, göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. KİV-lər Azərbaycan mənbələrinə istinadən bildirirlər ki, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Onların məlumatına görə, təyyarə Rusiyanın heç bir hava limanına buraxılmayıb. O, Aktau şəhərində təcili eniş zamanı qəzaya uğrayıb.

Bizimlə əlaqə saxlayın