InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-noyabr aylarında Gürcüstana 11,505 milyon ABŞ dolları dəyərində məhsul daxil olub ki, bu da əvvəlki illərlə müqayisədə ən yüksək göstəricidir (xarici ticarət portalında 2009-cu ildən dərc olunub).
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayında ölkə 9,066 milyon ABŞ dolları, 2022-ci ilin eyni dövründə 7,306 milyon ABŞ dolları, 2021-ci ilin yanvar-noyabr aylarında - 3,930 milyon ABŞ dolları, 2020-ci ilin 11 ayında - 3,856 milyon ABŞ dolları, 2019-cu ilin eyni dövründə - 4,622 milyon ABŞ dolları və s.
Bundan əlavə, məlumatlara görə, bu il idxal edilən Yeni il və Milad mallarının 84%-i Çin məhsulları olub.
Bu il sözügedən malların idxal olunduğu on ölkəni təqdim edirik:
Çin - 9,283 milyon ABŞ dolları
Hollandiya - 969,1 min ABŞ dolları
Honq Konq - 272,6 min ABŞ dolları
Ukrayna - 231,2 min ABŞ dolları
Fransa - 103,04 min ABŞ dolları
Polşa - 99,3 min ABŞ dolları
Tayland - 75,36 min ABŞ dolları
Belçika - 66,81 min ABŞ dolları
ABŞ - 63,9 min ABŞ dolları
Almaniya - 61,1 min ABŞ dolları
