17 
Sen
2020
09:50
497

Səhiyyə naziri: "İstənilən ölkədə çətinliklər var və covid virusu..."

"İstənilən ölkədə çətinliklər var və covid virusu özü özlüyündə çətin patologiyadır".

InterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə Naziri Ekaterine Tikaradze Batumidə həkimlərlə baş tutan görüşdən sonra açıqlama verib.

Onun sözlərinə görə, görüşdə hökumət nümayəndələri klinikalarda mövcud problemlər haqqında həkimləri dinlədilər.

Səhiyyə nazirinin bildirdiyinə görə, mövcud problemləri aradan qaldırmaq üçün birgə plan hazırlamaq düşünüldü.

"Problemlərdən danışmaq çox vacibdir deyə düşünürəm. Əgər problemləri vaxtında üzərə çıxarmasa həll olunmadan qala bilər. Problemlər hər zaman olub və olacaq. Biz bunun üçün hazırıq. İstənilən ölkədə çətinliklər var və koronavirus özü özlüyündə çətin patologiyadır. O, insanlar üçün çox təhlükəlidir. Görüşdə biz yalnız mövcud problemləri haqqında danışdıq və konkret problemlərin həll olunması barədə plan hazırladıq.

İlk olaraq klinikalarda yataq problemini aradan qaldırmaqdır. Bilirsiniz ki, mehmanxanalarda xəstələri müalicə edirik. Orada həkimlər mütəmadi şəkildə xəstələrə nəzarət edirlər. Müvafiq olaraq onların sağlamlıqları təhlükəsizdir. Digər problem olaraq testləşdirmə səsləndirildi. Çünki Acarada laborator güc müəyyən həcmdədir. Bu illərin problemidir.

O, həmçinin koronavirus testləri haqdada danışdı və mövcud məhdudiyyətlərin aradan qaldırıldığını söylədi.

"Mövcud test problemi artıq aradan qaldırılıb. Onların logistikası müvafiq laboratoriyalarda baş tutacaq və razılığa gəldik ki, bioloji nümunənin götürülməsi ilə test cavablarının arası 24 saat çəkməlidir. Bu problem yaxın gələcəkdə öz həllini tapacaq və sabah səhər saatlarında biz cavabları gözləyəcəyik.

Növbəti problem yataq dövriyyəsi ilə bağlı idi, xəstəxanalarda müayinə olunmağı gözləyən xəstələrimizin dövriyyəsi ilə əlaqədar idi. Bu barədə klinikalarla da danışdıq. Xəstələrdə tədqiqatların aparılması üçün dərhal xəstəxanalara yeeləşdoriləcəklər, bundan sonra sağlamlıqlarının vəziyyətlərindən asılı olaraq müvafiq müəssisəyə köçürüləcəklər.

Batumidə iki klinikada kompüter tomoqrafiyası var. Kompüter tomoqrafiyası bu gün Kobuletidə işləyəcək. Texniki problem var idi və artıq aradan qaldırılıb ", - dedi E. Tikaradze.

Bizimlə əlaqə saxlayın