"Gələn həftə ABŞ-ın Gürcüstanda qeyri-legitim diktatura rejimini tanımasını qadağan edən “Gürcü kabusunun tanınmaması aktı”nı təqdim edəcəyəm".
InterPress.ge xəbər verir ki, bu barədə Helsinki Komissiyasının sədri, konqresmen Co Vilson X səhifəsində yazıb.
“Gələn həftə mən ABŞ-a Gürcüstandakı qeyri-legitim diktatura rejimini tanımağı qadağan edən və azad və ədalətli seçkilər keçirilənə qədər Salome Zurabişvilini Gürcüstanda yeganə legitim lider kimi tanıyan “Gürcü kabusunun tanınmaması haqqında aktı" təqdim edəcəyəm", - deyə o yazıb.
