17 
Sen
2020
08:50
484

iOS14-ün buraxılış tarixi bəlli oldu - Əsas dəyişikliklər

Apple rəsmilərinin açıqlamalarına görə, iOS14 yenilənməsinin yekun versiyası bu gün yayımlanacaq.

InterPress.ge xəbər verir ki, bununla yanaşı, həmçinin watchOS7 və macOS Big Sur-un final versiyası da istifadəçilərin ixtiyarına veriləcək.

Yeni əməliyyat sistemi ilə alətlər fərqli dizaynla təqdim olunub. Sözügedən alətlər vasitəsilə interfeys də yenilənib. Artıq bütün tətbiqləri asanlıqla gəzmək mümkündür. Tətbiqlər isə kateqoriyalara görə sıralanıb. iPhone, FaceTime və üçüncü tərəfdən gələn zənglər ekranı tamamilə örtmədən asanlıqla görünə bilir.

Yeni əməliyyat sistemi ilə istifadəçilər görüntülü zənglə danışarkən video izləməyə və FaceTime ilə danışmağa davam edə bilirlər. Əməliyyat sistemi yeni smayliklər də təqdim edib.

iOS 14-ün daxilindəki tərcümə tətbiqi 11 dilə tərcümə edə bilir. Yeni dizaynda təqdim olunan Siri əvvəlki ilə müqayisədə daha intellektualdır.

Bizimlə əlaqə saxlayın