Xalq müdafiəçisi Levan İoseliani “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verir.
InterPress.ge xəbər verir ki, bu barədə Xalq Müdafiəçisi Aparatı məlumat yayıb.
Məlumata görə, Levan İoseliani səfirlikdə olub və orada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevə şəxsən başsağlığı verib və başsağlığı kitabında qeyd yazıb.
