"Bugünkü təklif Avropa İttifaqının Gürcüstan hökumətinin ciddi demokratik geriləməsinə sərt reaksiyasıdır”.
InterPress.ge xəbər verir ki, bunu Avropa Komissiyasının texniki suverenlik, təhlükəsizlik və demokratiya üzrə vitse-prezidenti Hena Virkkunen deyib.
"Bugünkü təklif dinc nümayişçilərə, siyasi rəqiblərə və müstəqil mediaya qarşı zorakı repressiya da daxil olmaqla, Gürcüstan hökumətinin ciddi demokratik geri çəkilməsinə Aİ-nin güclü cavabıdır. Viza rejiminin liberallaşdırılması Aİ və dünya üzrə tərəfdaş ölkələr arasında mobilliyi asanlaşdırmaq üçün açardır. Əsas hüquqları qorumayanlar bu azadlıqdan istifadə etməməlidirlər. Avropa Birliyi gürcü xalqının yanındadır”, - deyə o bildirib.
