"Biz gürcü xalqını və onun Avropa istəklərini qətiyyətlə dəstəkləyirik".
InterPress.ge xəbər verir ki, bunu müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius X sosial platformasında yazıb.
"Bu gün Strasburqda Avropa Parlamentinin plenar iclasında mən Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışını diqqətlə dinlədim. Biz gürcü xalqını və ölkənin gələcəyinə dair Avropa istəklərini qətiyyətlə dəstəkləyirik”, - Andrius Kubilius yazıb.
