Güclü qar yağması ilə əlaqədar daxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunun km 1-km 40-da bütün növ avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb.
Avtomobil yolunun 41-ci km 106-cı hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
