Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Avropa İttifaqı Şurası Gürcüstan rəsmilərinə çağırış edib

344
Avropa İttifaqı Şurası Gürcüstan rəsmilərinə çağırış edib
Dinləmək üçün basın

Avropa İttifaqı Şurası Gürcüstan rəsmilərini “təcili olaraq Aİ yoluna qayıtmağa və Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun gələn demokratik, hərtərəfli və davamlı islahatlara getməyə” çağırır.

Avropa İttifaqı Şurası Gürcüstan rəsmilərini “təcili olaraq Aİ yoluna qayıtmağa və Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun gələn demokratik, hərtərəfli və davamlı islahatlara getməyə” çağırır.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının genişlənməsinə dair hesabatda bəhs edilir.

Hesabatda Şura “Avropa Komissiyasının 2023-cü il üçün genişlənmə hesabatında qeyd olunan doqquz addımın həyata keçirilməsinə qayıtmağın” vacibliyini vurğulayır.

"[Aİ] Şurası demokratiya, qanunun aliliyi və fundamental hüquqlar sahələrində geriləmədən dərin narahatdır. Gürcüstan əsas hüquqlara, o cümlədən ifadə və toplaşma azadlığına, medianın azadlığına, müstəqilliyinə və plüralizminə, həmçinin LGBTİ şəxslərin hüquqlarına tam hörməti təmin etməlidir. Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə, vətəndaş fəallarına və jurnalistlərə qarşı hədə-qorxu, zorakılıq və ayrı-seçkiliyə son qoyulmalıdır.

Funksional vətəndaş cəmiyyətinin istənilən demokratik sistemin mühüm tərkib hissəsi olduğunu bir daha vurğulayaraq, [Aİ] Şura Gürcüstanı onun canlı vətəndaş cəmiyyətinin məhdudiyyətlər olmadan fəaliyyət göstərə bilməsini təmin etməyə və qərarların qəbulu prosesində fəal, əhatəli və mənalı şəkildə iştirakını təmin etməyə çağırır", - sənəddə deyilir.

Bundan əlavə, hesabatda bütün seçki pozuntularını və iddiaları araşdırıb cavab verməyə çağırılır.

"Avropa İttifaqı Şurası] ATƏT/DTİHB-nin 26 oktyabr parlament seçkilərinin bir sıra çatışmazlıqlarla, gərgin və yüksək qütbləşmiş mühitlə yadda qaldığını göstərən ilkin nəticələrini ciddi narahatlıqla qeyd edir.

Demokratik təsisatların düzgün işləməsi üçün şəraitin yaxşılaşdırılması üçün Şura Gürcüstanı bütün seçki pozuntularını və iddiaları araşdırmağa və cavab verməyə çağırır. Həmçinin, hərtərəfli seçki islahatının [Avropa Komissiyasının] doqquz addımın bir hissəsi olduğunu nəzərə alaraq, ATƏT/DTİHB və Avropa Şurası orqanlarının bu və digər tövsiyələrinə diqqət yetirmək lazımdır”, - deyə hesabatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →