Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Aİ Belarusdan olan 26 fiziki, 2 hüquqi şəxsə sanksiya tətbiq edib

432
Aİ Belarusdan olan 26 fiziki, 2 hüquqi şəxsə sanksiya tətbiq edib
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) Şurası ölkədəki vəziyyətlə əlaqədar Belarusdan olan 26 fiziki və 2 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Avropa İttifaqı (Aİ) Şurası ölkədəki vəziyyətlə əlaqədar Belarusdan olan 26 fiziki və 2 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

InterPress.ge xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sanksiyalar Belarus məhkəmə sisteminin müxtəlif üzvlərinə, o cümlədən siyasi motivli hökmlər çıxaran hakimlərə, müxtəlif cəzaçəkmə müəssisələrinin rəisləri və rəis müavinlərinə şamil olunub.

"Bu qərarla sözügedən şəxslərin aktivləri dondurulur, Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait ayırmaq qadağan edilir. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ-yə üzv dövlətlərə daxil olmasına və ya tranzit keçidinə mane olur", - məlumatda qeyd edilib.

2Son olaraq diqqətə çatdırılıb ki, Aİ Belarus xalqının yanındadır və onun sülhsevər Avropanın bir hissəsi kimi azad və demokratik, suveren və müstəqil Belarus axtarışını dəstəkləyir.

Qeyd edək ki, Aİ indiyədək ümumilikdə Belarusdan olan 278 fiziki, 39 hüquqi şəxsə sanksiya tətbiq edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →