16 
Dek
2024
12:59
708

Marneulidə Azərbaycan dilinə laqeydlik yerli sakinlərin narazılığına səbəb olub

Marneulidə şəhər meriyası tərəfindən Yeni il münasibətilə təbrik banerləri asılıb.

InterPress.ge xəbər verir ki, bu banerlərdə ingilis və gürcü dillərində “Yeni iliniz mübarək” sözləri qeyd edilib.

Marneuli əhalisinin 80%-dən çoxunu azərbaycanlılar təşkil etməsinə baxmayaraq, Azərbaycan dilində təbrik yer almaması yerli sakinlər arasında narazılıq yaradıb.

Sakinlər bu addımı diqqətsizlik kimi qiymətləndirərək, öz etirazlarını bildiriblər. Onlar vurğulayıblar ki, Azərbaycan dilində təbrikin olmaması yerli azərbaycanlı icmasının hüquqlarının və mədəni kimliyinin nəzərə alınmadığını göstərir.

Bəzi sakinlər bu kimi addımların yalnız seçki ərəfəsində dəyişdiyini və azərbaycanlıların həmin vaxt diqqət mərkəzinə düşdüyünü bildiriblər.

Məsələ ilə bağlı Marneuli meriyasından hələlik açıqlama verilməyib.

Bizimlə əlaqə saxlayın