14 
Dek
2024
21:16
473

İvanişvili: Andiçmə mərasimindən sonra süni qütbləşmə və radikallaşma cəhdlərinə birdəfəlik son qoyulacaq

"Mixail Kavelaşvilini Gürcüstanın prezidenti seçilməsi münasibətilə təbrik edirəm, ölkəmizin əsl gürcü, vətənpərvər və layiqli prezidenti olması münasibətilə təbrik edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin təbrikində deyilir.

İvanişvili qeyd edir ki, Mixail Kavelaşvilinin inaqurasiyasından sonra ölkəni qütbləşdirmək, insanları parçalamaq və radikallaşdırmaqla bağl süni cəhdlərə birdəfəlik son qoyulacaq.

“Bugünkü seçkilərdən sonra ölkənin tam parlament quruluşunu nəzərdə tutan Avropa tipli Gürcüstan konstitusiyası tam şəkildə həyata keçirilib.

Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra bu ölkədə insanları qütbləşdirmək, parçalamaq və radikallaşdırmaq cəhdlərinə birdəfəlik son qoyulacaq.

Əminəm ki, Mixail Kavelaşvili bu ən mühüm qurumu konstitusiya çərçivəsində geri qaytaracaq və eyni zamanda, cəmiyyətimizin birləşməsində və dinc yanaşı yaşamasında xüsusi rol oynayacaq prezident olacaq”, - deyə İvanişvilinin "Gürcü Arzusu" tərəfindən yayılan təbrikində deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər