Dekabrın 13-də XI çağırış Parlamentin payız sessiyası bağlanacaq.
InterPress.ge xəbər verir ki, indiki mərhələdə yeni seçilən parlamentin növbədənkənar sessiyalar formatında toplanılıb-toplanmayacağı məlum deyil.
Parlamentin reqlamentinə əsasən, payız sessiyası dekabrın üçüncü cümə günü bağlanmalıdır, lakin parlamentin sədri Şalva Papuaşvilinin dediyinə görə, payız sessiyası dekabrın 13-də bağlanacaq.
Bu həftə Parlament sürətləndirilmiş şəkildə qərarlar qəbul edib.
