11 
Dek
2024
23:17
269

ABŞ səfirliyi: “Gürcü arzusu”nun son günlər mediaya və Gürcüstan vətəndaşlarına qarşı törətdiyi zorakılığı pisləyirik”

ABŞ-ın Gürcüstandakı səfiri Robin Duniqan jurnalistlərlə görüşüb.

InterPress.ge xəbər verir ki, diplomatik qurumun yaydığı məlumatda bildirilir ki, səfirlik son günlər “Gürcü arzusu”nun Gürcüstan mətbuatına və vətəndaşlarına qarşı törətdiyi zorakılığı pisləyir. 

"Media demokratiyanın təməl daşıdır. Səfir Dunniqan ictimaiyyəti məlumatlandırmaq üçün cəsarətlə çalışan jurnalistlərə baş çəkdi və gizli qala biləcək həqiqətləri çatdırdı. “Gürcü arzusu”nun son günlər mediaya və Gürcüstan vətəndaşlarına qarşı törətdiyi zorakılığı pisləyirik. Media nümayəndələri zorakılıq və repressiyadan qorxmadan vacib işlərini yerinə yetirmək imkanına malik olmalıdırlar”, - səfirliyin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın