07 
Dek
2024
20:17
282

Ukrayna Prezidenti ilə Gürcüstan Prezidenti Parisdə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

InterPress.ge xəbər verir ki, Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində görüşün fotolarını yayıb.

Prezident administrasiyasından verilən məlumata görə, Ukrayna prezidenti Gürcüstan prezidenti ilə görüşdə gürcü xalqına tam dəstəyini ifadə edib.

Salome Zurabişvili və Volodimir Zelenski Parisdə görüşüblər.

Onu da qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da Parisdədir.

Bu gecə 40 ölkənin hökumət rəhbərləri beş il əvvəl baş vermiş yanğından sonra bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak edəcək.

Bizimlə əlaqə saxlayın