Rustaveli prospektində keçirilən aksiyaya Tbilisi Dövlət Universitetinin etiraz yürüşünün iştirakçıları da qoşulub.
InterPress.ge xəbər verir ki, hazırda Rustaveli prospekti bağlanıb.
Parlamentin qarşısında dayanan aksiya iştirakçıları TDU-dan gələn aksiya iştirakçılarını alqışlayıblar.
Aksiya iştirakçıları həmin yerə Gürcüstan və Avropa İttifaqının bayraqlarını gətiriblər. Həmçinin müxtəlif məzmunlu bannerlər gətirilib.
Patrul polisi və kriminal polis əməkdaşları parlamentin yaxınlığında, daha doğrusu, 9 Aprel və Çiçinadze küçələrində kordon yaradaraq, qanunverici orqanın yan girişlərinə vətəndaşların daxil olmasını məhdudlaşdırırlar.
