Qrup zorakılığında iştirak edən şəxslərə qarşı ittiham irəli sürülüb
6 nəfər qrup zorakılığında iştirakda ittiham olunub.
InterPress.ge xəbər verir ki, bu Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, Tbilisinin Rustaveli prospektində keçirilən aksiya zamanı təqsirləndirilən şəxslər qrup şəklində zorakılıqda fəal iştirak ediblər, nəticədə çoxlu sayda insan sağlamlığına ziyan vurublar.
“Həm fiziki, həm də hüquqi şəxslərin əmlakına, o cümlədən Tbilisi meriyasının balansında olan infrastruktura ziyan dəyib və məhv edilib.
Təqsirləndirilən şəxslər Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 4 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə ittiham olunublar.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.
Faktla bağlı Daxili İşlər Nazirliyində cinayət işinin istintaqı davam etdirilir”, - deyə qurumun yaydığı məlumatda bildirilir.


