07 
Dek
2024
12:15
351

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə “ 31 Dekabr: Birlikdə həmrəy olaq” adlı rəsm müsabiqəsi başlayır

Bolnisidə fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkil etdiyi  "31 Dekabr: Birlikdə həmrəy olaq" adlı rəsm  müsabiqəsi başlayır.

InterPress.ge xəbər verir ki, müsabiqədə  məktəblilər, tələbələr, həvəskar rəssamlar, müəllimlər və digər yaş qrupundan olan şəxslər iştirak edə bilər. (12 yaşdan yuxarı hər kəs ).

"Müsabiqədə, Dünya Azərbaycanlılarının Həmrəyliyi və Gürcüstan Azərbaycan dostluq münasibətilərini öz çalarlarinda əks etdirən rəsmlərin nümayişi nəzərdə tutulur.

 Tədbir, çərçivəsində nümayiş olunan iştirakçıların rəsmləri  müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

 Tədbirin məqsədi gənclərin inkişafı, həmrəyliyi, cəmiyyətə inteqrasiyası və faydası naminə, eyni zamanda sosial aktivlikləri az olan, ucqar kəndlərdə yaşayan gənclərin də, inteqrasiyası üçün həyata keçirilir. 

Qeyd: Rəsmlərin formatı A4 ( 20sm×30sm) vərəqindən kiçik olmamaq şərti ilə, təqdim edilməlidir .
Rəsmləri, "Həmrəylik" başlığı 
altında, aşağıda qeyd olunan ünvana göndərə bilərsiniz. 

 Qeyd ; Qaliblərin adları tədbir günü açıqlanacaq ! 

 Telefon ( Whatsapp) : +995 571-24-24-87 ( Rəsmlərnizi bu nömrəyə göndərin)

 Format : PDF,Word,Powerpoint və ya sadəcə şəkil formatında göndərə bilərsiniz."-mərkəzin yaydığı məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın