Metronun “Azadlıq Meydanı” stansiyasında vətəndaşlar yoxlanılır.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların çantaları və şəxsiyyət vəsiqələrini yoxlayırlar.
Toplanan vətəndaşlar axtarışa etiraz edir və axtarış protokolunun təqdim olunmasını tələb edirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkəti vətəndaşların etirazı ilə müşayiət olunub, onlar polisi ərazini tərk etməyə çağırırlar.
