06 
Dek
2024
20:41
547

Estoniya, Latviya, Litva və Polşa prezidentlərinin Gürcüstanla bağlı birgə bəyanatı

Biz gürcü xalqına qarşı güc tətbiqini qətiyyətlə pisləyirik və Gürcüstan hakimiyyətini bu zorakı hərəkətləri dərhal dayandırmağa çağırırıq.

InterPress.ge xəbər verir ki, bu barədə Estoniya, Latviya, Litva və Polşa prezidentlərinin birgə bəyanatında deyilir.

“Gürcüstanın Avropa İttifaqına inteqrasiyası konstitusiya öhdəliyi olduğundan, biz, Baltikyanı ölkələrin və Polşanın prezidentləri “Gürcü arzusu”nun rəhbərliyinin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarından dərin məyusluğumuzu bildiririk. Bu qərar gürcü xalqının arzularına ciddi maneədir. 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri yeni seçilmiş parlamentin legitimliyini şübhə altına alan ciddi mübahisələrlə yadda qalıb. Biz Avropa Parlamentinin Gürcüstanda parlament seçkilərinin yenidən keçirilməsi ilə bağlı çağırışını nəzərə alırıq və seçki prosesinə və onun nəticələrinə ictimai etimadı sarsıdan qanun pozuntuları, o cümlədən seçicilərin təhdid və təzyiqləri ilə bağlı məlumatların beynəlxalq təhqiqatına çağırırıq.

Biz gürcü xalqına qarşı güc tətbiq edilməsini, həmçinin öz hüquqlarından istifadə edənlərin həbsini qətiyyətlə pisləyirik. Biz Gürcüstan hakimiyyətini bu zorakı hərəkətləri dərhal dayandırmağa və Gürcüstanın beynəlxalq öhdəliklərinə uyğun olaraq əsas toplaşmaq və ifadə azadlıqlarını qorumağa çağırırıq.Bütün zorakılıq hərəkətləri dərhal araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir”, - deyə məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın