Baryeri keçən 4 müxalifət partiyasının görüşünün keçirildiyi “Kortiad Marriott” otelinin yaxınlığında fiziki qarşıdurma baş verib.
InterPress.ge xəbər verir ki, görüşdən sonra müxalifət nümayəndələrini çöldə naməlum şəxslər qarşılayıb.
Adıçəkilən şəxslərin bəzilərinin maska taxdıqları üçün kimliyini müəyyən etmək mümkün olmayıb.
Hazırda polis tərəflər arasında yaranmış vəziyyəti sakitləşdirmək üçün çalışır.
Müxalifət nümayəndələri bu şəxslərin DTX-nin “tituşkaları” olduğunu iddia edirlər. İndiki mərhələdə müxalifətin bir hissəsi ərazini tərk etməyə çalışır.
