Yaponiya Gürcüstan hökumətini təmkinli olmağa çağırıb
"Vəziyyətin pisləşməsinin qarşısını almaq üçün Yaponiya Gürcüstan hökumətini təmkinli olmağa çağırır".
InterPress.ge xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Kitamura Tosihiro açıqlama verib.
"Yaponiya 26 oktyabr parlament seçkilərindən sonra Gürcüstanda baş verənləri diqqətlə izləyir. Xüsusilə, Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına qoşulma prosesinə başlamayacağı barədə bəyanatından sonra noyabrın 28-dən bu yana yaranmış vəziyyətdən daha çox narahatıq ki, bu da öz növbəsində nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında toqquşmaya səbəb olub, nəticədə saxlanılanlar və yaralananlar var.
Vəziyyətin pisləşməsinin qarşısını almaq üçün Yaponiya Gürcüstan hökumətini təmkinli olmağa çağırır və ümid edir ki, öz xalqını anlamaq üçün konstruktiv tədbirlər görəcək və vəziyyət tezliklə sakitləşəcək”, - deyə məlumatda bildirilir.


