DİN-dən aksiya iştirakçılarına xəbərdarlıq
Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına xəbərdarlıq edir ki, “qanunla müəyyən edilmiş hədlər daxilində etiraz aksiyası keçirsinlər”, əks halda “qanunsuz aksiya”nın ardınca polis tərəfindən müvafiq hüquqi cavab veriləcək.
InterPress.ge xəbər verir ki, DİN bununla bağlı bəyanat yayıb.
"DİN-in müxtəlif idarələrinin əməkdaşları Gürcüstanın bütün ərazisində, müxtəlif şəhərlərdə keçirilən aksiyaların ətrafındakı ərazidə asayişi qorumaq üçün səfərbər olunublar.
Gürcüstan qanunvericiliyi toplaşma, nümayiş və ifadə hüququnu qoruyur. Aksiyanın təşkilatçılarını, siyasi liderləri və iştirakçıları qanunla müəyyən edilmiş həddə etirazlarını bildirməyə çağırırıq.
Hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcək”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Hazırda Çiçinadze və 9 Aprel küçələrində çoxlu sayda polis qüvvələri səfərbər olunub.