28 
Nybr
2024
22:03
168

Ceyhun Məhəmmədəli Baş nazirin bəyanatı ilə bağlı: Gürcü Arzusu hakimiyyətinin xəyanətkar liderlərinin xalq və ədalət qarşısında necə cavab verəcəyini görəcəksiniz

"Bu gün Gürcüstanın qeyri-legitim hakimiyyəti açıq şəkildə bəyan etdi ki, Avropa bizə lazım deyil və imtina edirik. Bu açıq şəkildə o deməkdir ki, biz Rusiyanı seçirik. Şəhidlərin qanı bahasına əldə edilən müstəqilliyi bu qeyri-legitim Gürcü Arzusu hakimiyyəti geri Rusyaya qaytarır".

InterPress.ge xəbər verir ki, bunu "Birlik-Milli Hərəkat"ın nümayəndəsi Ceyhun Məhəmmədəli sosial şəbəkədə yazıb.

"Bu mümkün olmayacaq. Bu ölkənin gələcəyi qaranlığa, ümidsizliyə qayıtmayacaq! Rusiya bizə işğaldan, qan və qorxudan başqa heç nə vermədi və hər zaman kürəyimizdən zərbə vurdu. 

Bu ölkədə seçkilər zamanı azad xalqın səsi oğurlandı və bu səs oğrulardan mütləq qaytarılacaq. Bidzina İvanişvili özü üçün marionet deputatlardan qeyri-legitim parlament qurdu və bir neçə günə də diplomsuz prezident təyin edəcək. İndidə xalqın qanı bahasına əldə olunan müstəqilliyi Rusiyaya vermək fikrinə düşüb. 

Eybi yox, bir az da dözün. Gürcü Arzusu hakimiyyətinin xəyanətkar liderlərinin xalq və ədalət qarşısında necə cavab verəcəyini görəcəksiniz. Bu xalq 9 Apreli keçib gəlib və Bidzina İvanişvilini çox asan şəkildə yetişdiyi yerə Moskovaya yola salacaq. Zalımın sonu çatanda zülmü artar".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər