13 
Sen
2020
13:47
1867

Gürcüstanda bu gün koronavirusa yoluxan 152 nəfərin hansı bölgələrdən olduğları açıqlandı

"Koronavirusun təsdiqlənmiş 152 halından 11-nin yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun bildirdiyinə görə, 152 yeni yoluxma halından çoxu Acara bölgəsinə, 15-i Kutaisi məktəbinə, 15-i Enqur su elektirik stansiasına aiddir, 17-si virusdaşıyıcısı ilə təmasda olandır, 4-ü isə xaricdən daxilolmadır.

"Bu gün 152 yeni yoluxma halı qeydə alınıb və ümumi olaraq ölkə üzrə 2227 virusdaşıyıcısı var. Bunlardan 90-nı Acaraya, 15-i Kutaisi məktəbinə, 15-i Enqurhesə aiddir, 17-si virusdaşıyıcısı ilə təmasdır, 4-ü yük avtomobili sürücüsüdür, 11-nin isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır. Bundan əlavə 6 nəfər isə koronavirusdan müalica olaraq sağalıb", - dedi Marina Ezuqbaia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər