13 
Sen
2020
13:25
607

Mərkəz rəhbəri ölkədə virusun artmasından danışdı: "Təşvişə səbəb yoxdur"

"Koronavirus hallarının artmasına baxmayaraq, ölkədə təşvişə səbəb yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin direktoru Amiran Qamğrelidze qeyd edib.

Onun bildirdiyinə görə, əhalinin bütün qaydalara riayət etməsi vacibdir.

Ölkədə koronavirus hallarının artmasına baxmayaraq, təşvişə səbəb yoxdur. Bütün bunlar diqqət mərkəzindədir, əlavə tədbirlər görməliyik, amma ilk növbədə əhalinin dövlət tərəfindən tətbiq edilmiş qaydalara riayət etməsi lazımdır. Qapalı yerlərdə və hətta məsafənin saxlanması mümkün olmadığı açıq yerlərdə maska taxmaq, sanitar qaydanın sərtləşdirilməsi də çox vacibdir. İzdihamlı yığıncaqlardan çəkinmək lazımdır. Hər hansı bir virus simptomları: hərarət, nəfəs çatışmazlığı , öskürək varsa dərhal 112 nömrəsinə zəng etmək lazımdır", -dedi Qamğrelidze.

Onun sözlərinə görə, ölkədə aparılan gündəlik testlərin sayı da artıb.

“Ölkədə test müayinələrinin sayı ciddi şəkildə artır. Dünən 10.000 PCR test tədqiqatı aparılıb. Bu tədqiqatlara daha 1600 sürətli test əlavə edildi. Bu testlərlə koronavirus hallarının erkən aşkarlanmasına kömək edir", - deyə Amiran Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər