Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Levan Davitaşvili Türkiyə, Azərbaycan və Bolqarıstanın energetika nazirləri ilə görüşüb

244
Levan Davitaşvili Türkiyə, Azərbaycan və Bolqarıstanın energetika nazirləri ilə görüşüb
Dinləmək üçün basın

Türkiyənin İstanbul şəhərinə səfəri çərçivəsində Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili dördtərəfli görüşdə iştirak edib və o, Türkiyə, Azərbaycan və…

Türkiyənin İstanbul şəhərinə səfəri çərçivəsində Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili dördtərəfli görüşdə iştirak edib və o, Türkiyə, Azərbaycan və Bolqarıstanın energetika nazirləri ilə regional əhəmiyyətli məsələləri müzakirə edib. 

InterPress.ge xəbər verir ki, məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayıb.

Qurumun məlumatına görə, tərəflər təkcə dörd ölkə üçün deyil, daha geniş miqyasda əməkdaşlıq və enerji təhlükəsizliyi üçün xüsusi rolu olan enerji sektorunda həyata keçirilən və planlaşdırılan layihələri müzakirə ediblər.

Levan Davitaşvilinin sözlərinə görə, mühüm məsələlərdən biri ölkələr, o cümlədən Türkiyə arasında quru elektrik ötürücü şəbəkəsinin inkişafıdır.

Onun sözlərinə görə, Gürcüstan Xəzər regionunu Türkiyə və Avropa İttifaqı ilə birləşdirən yeni layihələri dəstəkləməyə hazırdır. Nazirin sözlərinə görə, bu əməkdaşlıq iştirakçı ölkələr arasında strateji əlaqələri gücləndirir.

“Levan Davitaşvili və Türkiyənin enerji və təbii sərvətlər naziri Arparslan Bayraktar regional və beynəlxalq əhəmiyyətli layihələrlə yanaşı, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın konkret məsələlərini müzakirə ediblər.

“Gürcüstanın Dövlət Elektrik Sistemi” ASC-nin baş direktoru Giorgi Qigineişvilinin də iştirak etdiyi ikitərəfli görüşdə tərəflər Gürcüstan və Türkiyənin Orta Dəhliz, Cənub Qaz Dəhlizinin reallaşdırılması baxımından birgə səylərini vurğulayıblar və iki dost ölkə arasında enerji sahəsində əməkdaşlığın uğurla davam edəcəyini qeyd ediblər.

Söhbət zamanı bərpa olunan enerjinin ötürülməsi, yaşıl hidrogen layihələrinin inkişafı və Gürcüstanı Avropa İttifaqının vahid enerji bazarına birləşdirəcək Qara dəniz sualtı kabel layihəsinin vacibliyinə toxunulub.

Nazirlərin fikrincə, bu əlaqə bərpa olunan enerjinin istehsalını, tranzit imkanlarını və Aİ ilə Cənubi Qafqaz arasında ticarəti gücləndirəcək. Görüşdə qeyd olunub ki, Qara dəniz sualtı kabel layihəsi vasitəsilə Gürcüstan Türkiyə və region ölkələrinə Avropa İttifaqına elektrik enerjisi ixrac etmək imkanları yaradır", - deyə nazirliyin bəyanatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →