Ceyhun Məhəmmədəli: Rusiya Gürcüstana qan və ölüm gətirdi, Gürcüstanın yeri Avropadadır
"Bu gün mənim Gürcüstanım buradadır. Bu gün mən gürcüstanlı azərbaycanlı kimi ikiqat xoşbəxtəm və fəxr edirəm ki, mənim ölkəmin taleyinin həll olunduğu bir vaxtda, bu tarixi məqamda mən burada sizinləyəm. Bu, mənim üçün çox vacibdir".
InterPress.ge xəbər verir ki, bu sözləri VMH-ın nümayəndəsi Ceyhun Məhəmmədəli Tbilisidə davam edən aksiyada çıxışında söyləyib.
Onun sözlərinə görə, Rusiya Gürcüstana qan və ölüm gətirib, Gürcüstanın yeri Avropadadır.
"Bu gün mən həyatımda ilk dəfə ölkəmin taleyinin həll olunduğu bir məqamda sizinləyəm. Biz, burada olan hər bir kəs bu gün Gürcüstandır. Gürcüstan xalqı bu gün Avropa gələcəyini seçir, Bidzina və onun rejiminin əleyhinədir. Gürcüstan artıq bir dəfə Rusiyanın əlində olub, tarix bizə Rusiyanın nə etdiyini göstərdi. Rusiya bizə qan və ölümdən başqa heç nə vermədi. Biz həyat istəyirik, təhsil, iqtisadiyyat, gələcək istəyirik. Bu gələcək isə Avropadadır. Bidzina və onun rejimi bu səhər Gürcüstanımızı dağıtdı. Bizə burada deyil, orada durmağımızı söyləyirlər. Bidzina bizə harada duracağımızı göstərir, Gürcüstanın hər nöqtəsi bizimdir. İvanişvili özünə yer tapsın və Gürcüstanı tərk etsin. Onun yeri Rusiyadadır, bizim yerimiz isə Gürcüstandadır. Yaşasın Gürcüstanımız", - deyə o bildirib.


